Kamran Ağayev Türkiyədə daha 1 top buraxdı (VİDEO)
Türkiyə PTT I Liqasında 27-ci tura yekun vurulub.
ANS PRESS-in məlumatına görə, turun son matçında millimizin qolkiperi Kamran Ağayevin komandası "Kayserispor" səfərdə "Alanyaspor"la qarşılaşıb. Meydan sahibləri hesabı açsalar da, Kayseri təmsilçisi bərabərlik qolunu vurub. Ağayev bu matçda 90 dəqiqə meydanda olub. Qolkiper "Kayserispor" forması ilə çıxdığı 6-cı matçında qapısında ikinci topu görüb.
Oyun 1:1 hesabı ilə başa çatıb. Start heyətində yer alan Kamran 90 dəqiqə meydanda olub. Futbolçumuzu 48-ci dəqiqədə Conatan Ayite məyus edib. 12 dəqiqə sonra isə Okay Yokuşlu bərabərlik qolunu vurub.
Xal itkisinə rəğmən "Kayserispor" turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, "Kayserispor" mövsümün bitməsinə 7 tur qala 57 xalla liderdir, ən yaxın izləyicisi "Adana Dəmirspor"u 6 xalla qabaqlayır.
ANS PRESS