İdman

İspaniyanı ilk Avropa Oyunlarının triatlon yarışlarında 6 idmançı təmsil edəcək

Metbuat.az

Bakı, 21 aprel,

AZƏRTAC

İspaniyanı “Bakı-2015” ilk Avropa Oyunlarının triatlon yarışlarında 6 idmançı təmsil edəcək.


AZƏRTAC

xəbər verir ki, Avropa Oyunlarında kişi idmançılar arasında triatlon üzrə gənclərin yarışında (U-23) ikiqat dünya çempionu Fernando Alarza, eləcə də Visente Ernandes və David Lastro gücünü sınayacaqlar.


Qadınların mübarizəsində isə İspaniyanı Ainxoa Murua, Miriam Kasilyas və Tamara Qomes təmsil edəcəklər.


“Bakı-2015” ilk Avropa Oyunlarında triatlon üzrə qadınların yarışı iyunun 13-də, kişilərin mübarizəsi isə bir gün sonra keçiriləcək. Hər iki yarışda 65 idmançı qızıl medal uğrunda mübarizə aparacaq. Yarışların qalibi “Rio-2016” Yay Olimpiya Oyunlarının triatlon yarışında birbaşa iştirak üçün təmsil etdiyi Milli Olimpiya Komitəsinin təsnifat şəhadətnaməsini qazanacaq.