İdman

"İnter" yerini bərkitdi, AZAL "Sumqayıt"la bacarmadı

Metbuat.az

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçirilir.

Trend-in məlumatına görə, AZAL "Sumqayıt"ı sınağa çəkib. Oyunda hesabı "təyyarəçilər" açıblar - 75-ci dəqiqədə Valeriy Kutsenko rəqib qapısına yol tapıb. 90+1-ci dəqiqədə isə Məhəmməd Qurbanov bərabərliyi təmin edib.

"Bakı" "İnter"i qəbul edib. "Bankirlər" oyuna daha fəal başlayıblar - 10-cu dəqiqədə Derlis Meza Kolli fərqlənib. 56-cı dəqiqədə Əfran İsmayılov hesab arasındakı fərqi artırıb. Son saniyələrdə Nurlan Novruzov təsəlli qolunu vurublar - 1:2.

Beləliklə, "İnter" 26 oyundan 50 xalla ikinci sıradadır. "Qarabağ" 57 xalla 1-ci, "Neftçi" 46 xalla 3-cüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az