İdman

"İnter" "Fənərbağça"ya rəqib oldu

Metbuat.az

"Mançester Yunayted"in forvardı Robin van Persi karyerasını "İnter"də davam etdirə bilər.

Metbuat.az-ın xəbərinə görə, "neradzurrilər" hollandiyalı ilə yaxından maraqlanırlar. "Mankunyanlar"ın mövsümün sonunda RVP ilə yollarını ayıracağı gözlənilir.

"İnter"lə yanaşı, "Fənərbağça" da hücumçunu heyətində görmək istəyir.

Cari mövsümdə 26 matçda meydana çıxan Van Persinin aktivində 10 qol, 2 məhsuldar ötürmə var.