İdman

​İngiltərə çempionatı: “Çelsi” “Mançester Yunayted”i məğlub edib

Metbuat.az

Bakı. 19 aprel. REPORT.AZ/ İngiltərə çempionatının 33-cü turunun Londonda baş tutan mərkəzi görüşündə "Çelsi" "Mançester Yunayted" 1:0 hesabı ilə məğlub edib.


“Report” xəbər verir ki, qələbə qolunu Eden Azar vurub.


Beləliklə, "aristokratlar" "Arsenal" ilə xal fərqini 10-a çatdırıblar.


Matç bərabər səviyyədə keçib. Qonaqlar hücumda “dişsiz” olublar.


İngiltərə çempionatı, 33-cü tur

“Kristal Pelas” – “Vest Bromviç” - 0:2


Qollar: Morrison (2), Qardner (53).


“Everton” – “Bernli” - 1:0


Qol: Miralyas (29).


“Lester” – “Suonsi” - 2:0


Qollar: Uloa (15), Kinq (89).


“Stok Siti” – “Sautqempton” - 2:1


Qollar – Şnayderlin (22), Diuf (47), Adam (84).


“Çelsi” – “Mançester Yunayted” - 1:0


Qol: Azar (38).