İdman
AZƏRTAC
İdman dırmanması üzrə ənənəvi “Ümid-1” yarışına start verilib
Bakı, 4 aprel,
AZƏRTACAzərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə aprelin 4-də yeniyetmə və gənclər arasında idman dırmanması üzrə ənənəvi “Ümid-1” yarışına start verilib.
AZƏRTAC
federasiyanın saytına istinadla xəbər verir ki, yarış “ClimBaku” idman dırmanması mərkəzində keçirilir.
Turnirdə federasiyanın “Ekosport”, “Salavat”, “AMEAST”, “Qərb Universiteti”, “FHN”, “Şahdağ”, “Caspian”, “Qax”, “Babadağ”, “Şahdağ Kompleksi”, “Qafqaz”, “Memarlıq”, “Gənclik”, “İrəli Extrim”, “Aviasiya”, “Climb club”, “Rock Stone”, “Kəmərqaya”, “Daşkəsən”, “Gəncə”, “Zirvə”, “Black Stone” və “AMA” klublarının idmançıları mübarizə aparırlar.
İki gün davam edəcək yarışın qaliblərinə medallar və diplomlar təqdim olunacaq.