İdman

​İbrahimoviçin cəzası azaldılıb

Metbuat.az

Bakı. 18 aprel. REPORT.AZ/ Fransanın PSJ klubunun futbolçusu Zlatan İbrahimoviçin cəzası azaldılıb. "Report"un məlumatına görə, isveçli futbolçunun meydana çıxmama qadağası 4 oyundan 3-ə endirilib.


Bu barədə Fransa Peşəkar Futbol Liqası açıqlama yayıb.


Qeyd edək ki, Zlatan İbrahimoviç Fransa 1-ci Liqasında keçirilən "Bordo" ilə matçdan sonra hakimin ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün 4 oyunluq cəzalandırılmışdı.