İdman

Həmvətənimiz Murmansk vilayətinin Kandalakşa şəhərində boks üzrə birincilik uğrunda yarışların qalibi olub

Metbuat.az

Bakı, 4 aprel,

AZƏRTAC

Rusiyanın Kandalakşa şəhərində boks üzrə açıq şəhər birinciliyi keçirilib. Yarışlarda Murmansk vilayətinin 9 şəhərindən 66 boksçu iştirak edib.


Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ictimai təşkilatının Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov

AZƏRTAC

-a bildirib ki, Aleksandr Çervyakov, Konstantin Zaytsev, Aleksandr Qlazov, Vyaçeslav Abrosimov, Asilbek Satarov, Georgi Qolban, İvan Nemçinov, Kirill Korolyov və həmvətənimiz Davud Mikayılov öz çəki kateqoriyalarında turnirin qalibləri olublar.