İdman

Hansı azərbaycanlı futbolçunu daha çox axtarırlar? - SİYAHI

Metbuat.az

“Google” axtarış sistemində ən çox adı yazılan azərbaycanlı futbolçu məlum olub. Apasport.az-ın araşdırmasına görə, ölkə daxilində “google.az” saytında yığmamızın futbolçuları arasında ən çox Cavid Hüseynovu “axtarışa” veriblər.

Millimizin Malta ilə son seçmə mərhələ matçına dəvət edilən 24 futbolçu arasında lider olan “Qəbələ”nin yarımmüdafiəçisinin adı “google”yə 378 min dəfə yazılıb. Onu yığmamızın əsas qapıçısı Kamran Ağayev izləyir. İlk “üçlüy”ü isə “İnter”li Elvin Məmmədov qapayır.

Maraqlıdı ki, millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov bu siyahıda yalnız 8-ci yeri tuta bilib.

Yığmamızın baş məşqçisi Robert Prosineçkinin adı ölkəmizdə 356 min dəfə axtarışa verilib.

Ümumi “google” axtarış sistemində ən çox axtarılan futbolçu isə Kriştianu Ronaldodu. Onun adı 102 milyon dəfə yazılıb.

Millimizin son heyətinin “google”də axtarış sayı:

1. Cavid Hüseynov - 378000

2. Kamran Ağayev – 364000

3. Elvin Məmmədov - 339000

4. Dmitri Nazarov – 314000

5. Ruslan Qurbanov – 294000

6. Mahir Şükürov – 275000

7. Məhəmməd Qurbanov - 234000

8. Rəşad Sadıqov - 230000

9. Maksim Medvedev – 211000

10. Qara Qarayev – 206000

11. Vaqif Cavadov - 199000

12. Eddi İsrafilov – 171000

13. Cavid Tağıyev - 148000

14. Emil Balayev - 134000

15. Vüqar Nadirov – 133000

16. Ruslan Abışov - 127000

17. Əfran İsmayılov – 113000

18. Andrey Popoviç - 108000

19. Rahid Əmirquliyev – 104000

20. Namiq Ələsgərov - 65500

21. Bədavi Hüseynov – 41500

22. Arif Daşdəmirov – 30700

23. Coşqun Diniyev - 29400

24. Məhəmməd Mirzəbəyov - 15900