İdman

“Hamburq” futbol klubuna yeni baş məşqçi təyin olunub

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

Almaniya Bundesliqasında çıxış edən “Hamburq” komandasına yeni baş məşqçi təyin olunub.


AZƏRTAC

xəbər verir ki, klub rəhbərliyi bu postu Bruno Labbadiaya həvalə edib. B.Labbadia ilə 15 aylıq müqavilə imzalayıb. Hazırda komanda 25 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.


Baş məşqçinin köməkçilərindən biri türk əsilli Eddi Sözer olacaq.