İdman

"Hakimin "Neftçi"yə rəğbəti hiss olunurdu"

Metbuat.az

Topaz Premyer Liqasının XXIX turu çərçivəsində “Neftçi”ni qəbul edən “Xəzər Lənkəran” fasiləyə məğlub yollansa da, ikinci hissədə vurduğu 2 qol sayəsində əzəli rəqibi ilə dueldən 1 xalla ayrıldı. Oyunla bağlı məqamlardan biri də meydan sahiblərinin yarımmüdafiəçisi

Alfred Sanko

nun qırmızı vərəqə alaraq komandasını azlıqda qoyması oldu. Milli.Az xəbər verir ki, qarşılaşmadan sonra

apasport.az

-ın suallarını cavablandıran futbolçu hakimin qərarlarından narazı qaldığını gizlətməyib.



- Meydanı erkən tərk etsəniz də, oyunu tribunadan izlədiniz...

- Uşaqlar yaxşı oynadılar. Bilirəm, bu cür görüşlərdə komandama kömək etməli idim. Amma ikinci sarı – qırmızı vərəqə planlarımızı pozdu.



- Qırmızı vərəqə aldığınız epizodla razısınız?

- Həmin vaxt əsəbi idim. Çünki hakim bizim hər epizodumuza fit çalır, vərəqə göstərirdi. Ancaq “Neftçi”yə bunu etmirdi. Rəqibə rəğbəti olduğu hiss olunurdu.



- Ancaq siz "qırmızı"nı, sanki, özünüz istədiniz...

- Yenə deyirəm, hakimin matçın əvvəlindəki qərarları təsir etdi. Buna görə də hisslərimi cilovlaya bilmədim. Ancaq komanda yoldaşlarım azlıq qalsalar belə, dönüş yarada bildilər. Vacib olan bu cür oyunda uduzmamaq idi.



- Komandanız ikinci hissədə dönüş yaratdı. Bunu nə ilə əlaqələndirərdiniz?

- Uşaqlar xarakter göstərdilər. Yaradılan epizodlardan düzgün istifadə etdilər. Bu cür oyunda, həm də azarkeşlərin qarşısında uduzmaq olmazdı. Əzmkarlıq nəticəsini verdi.



- Əvvəlki derbilər zamanı stadion tamam dolurdu. Amma indi heç oturacaqların yarısı dolmamışdı. Fanatlar niyə inciyib?

- Onlardan razıyıq. Bu gün bizi sona qədər dəstəklədilər. Stadionun dolmamağı matçın əhəmiyyətini azaltmır. Maraqlı oyun izlədiklərini düşünürəm.



Milli.Az