"Futbolun sevgilisi" vəhşicəsinə öldürüldü - FOTO/VİDEO 18+
Braziliyada hər kəsin "Futbolun sevgilisi" olaraq tanıdığı Amanda Bueno öldürülüb. Fanat.az хəbər verir ki, ötən il Braziliyada keçirilən dünya çempionatında futbolçularla çəkdirdiyi fotolarla gündəmə gələn rəqqasəni oteldə sevgilisi qətlə yetirib.
Məşhur Jaula das Gostozudas qrupunun rəqqasəsinin ölüm səhnəsi sosial şəbəkədə yayılıb. Məlum olub ki, onun sevgilisi Milton Vieyra Severiano xəyanətə görə qızla dava edib. Dava vaxtı model Amanda Bueno öz məşuqundan qaçmağa çalışsa da, buna nail olmayıb. Sərxoş olan Milton Vieyra Severiano rəqqasəni yerə yıxaraq başını bir neçə dəfə asfalta çırpıb. Qız huşsuz halda yerdə olanda oğlan silah üçün evə gedib. Silahı evdən götürdükdən sonra oğlan beş dəfə qıza atəş açıb.
Amansız qətldən sonra qonşunun maşını ilə qaçan cinayətkarı polis silah gücünə zərərsizləşdirə bilib. Məlum olub ki, cavan oğlan tez-tez keçmiş rəqqasə ilə dalaşır və qızı dəfələrlə döyürmüş.
Fanat.az