İdman
Futbolçu otelin pəncərəsindən yıxılıb
Bakı. 3 aprel. REPORT.AZ/ Argentina yığmasının gənclərdən ibarət komandasının futbolçusu Tomas Koneçni qaldığı otelin yerdən 3 metr yüksək olan pəncərəsindən yıxılıb. "Report"un məlumatına görə, hadisə gənc oyunçunun dostu ilə kompüterdə "FİFA 2015" oynayan zaman müvazinətini itirməsi nəticəsində baş verib.
17 yaşlı futbolçunun fiziki cəhətdən sağlam olması onun daha ağır zədə almasına mane olub. Onun ayağının əzildiyi və bəzi yerlərdə çıxıqların olduğu bildirilib.