Futbol üzrə Azərbaycan yığması FİFA-nın reytinqində mövqeyini yaxşılaşdırıb
Bakı, 9 aprel,
AZƏRTACFutbol üzrə Azərbaycan yığması 264 balla FİFA-nın yenilənmiş reytinqində 115-ci yeri tutur.
AZƏRTACxəbər verir ki, bu göstərici ötən ay ilə müqayisədə 24 mövqe yüksək və 66 xal çoxdur. Hazırda yığmamız Kanada və Sent-Vinsent komandaları arasında yer tutur.
Yığmamız “AVRO-2016” seçmə turnirinin “H” qrupunun komandaları arasında İtaliya (13-cü yer;1085 xal), Xorvatiya (17; 977), Bolqarıstan (67; 505) və Norveç (70; 491) komandalarından geri qalır, lakin Malta komandasını qabaqlayır (149; 158).
Robert Prosineçkinin yetirmələri ötən ay “AVRO-2016” seçmə turnirində öz meydanında Maltaya (2:0) qalib gəliblər.
İlk onluqda bu komandalar yer alıb: Almaniya (1687), Argentina (1490), Belçika (1457), Kolumbiya (1412), Braziliya (1354), Hollandiya (1301), Portuqaliya (1221), Uruqvay (1176), İsveçrə (1135), İspaniya (1132).