İdman
AZƏRTAC
Futbol üzrə Azərbaycan millisi UEFA-nın reytinq cədvəlində irəliləyib
Bakı, 4 aprel, Səxavət Quliyev,
AZƏRTACFutbol üzrə Azərbaycan millisi UEFA-nın yeni reytinq cədvəlində irəliləyib.
AZƏRTAC
xəbər verir ki, sonuncu dəfə 4 ay əvvəl açıqlanan siyahıda xeyli dəyişiklik olub. “Avro-2016”nın seçmə mərhələsində doğma meydanda Malta yığmasına 2:0 hesabı ilə qalib gələn millimiz 5 pillə irəliləyərək 16,881 xalla 42-ci yerdə qərarlaşıb.
Milli komandamız reytinqdə Kipr, Moldova, Gürcüstan, Makedoniya və Lixtenşteyn yığmalarını qabaqlayıb.
İlk üçlükdə isə dəyişiklik baş verməyib. Son dünya çempionu Almaniya millisi 39,336 xalla birinci pillədəki mövqeyini qoruyub. İspaniya 36,803 xalla ikinci, İngiltərə isə 35,963 xalla üçüncüdür.