İdman
Futbol klubunda porno qalmaqalı - FOTO
Afrika Federasiyasının Çempionlar Liqası matçında Qananın "Kotoko" klubu Əlcəzair çempionatında 15-ci yeri tutan "MC El Eulma"ya öz sahəsində 1:2 hesabla uduzanda azarkeşlərin qəzəbinə düçar olub.
"Kotoko" futbolçuları stadionu polisin zirehli maşınında tərk ediblər.
Milli.Az AHT-yə istinadən bildirir ki, Qana Futbol Federasiyasının funksioneri Kofi Manu isə "Kotoko" oyunçularının pornoqrafik video "qurban"ları olduqlarını deyib: "Onlar məşqlərdən sonra vaxtında yatmaq əvəzinə telefonlarında internetə girərək pornoqrafik videoları seyr ediblər, səhərədək belə "əylənib"lər. Nəticədə də matça yorğun, yuxulu çıxıblar. Klubun həkimləri dediklərimi təsdiqləyə bilər".
Milli.Az