İdman

Finalın adı bəlli oldu: "Qarabağ" - "Neftçi"

Metbuat.az

Azərbaycan Kubokunun yarımfinal mərhələsinə yekun vurulub.



ANS PRESS-in məlumatına görə, baş tutacaq iki matçdan sonra finalçılar müəyyənləşib.



Günün ilk oyununda "Simurq" "Qarabağ"ı qəbul edib. İlk oyunda 1:0 hesablı qələbə qazanan "Qarabağ" səfər matçında istədiyi nəticəyə imza atıb. Belə ki, oyun 0:0 hesabı ilə başa çatıb və "Qarabağ" finala çıxıb.



Mərhələnin son oyununda "İnter" "Neftçi"ni qəbul edib. İlk oyunda 2:0 hesablı qələbə qazanan "Neftçi" rəqib meydanında uduzsa da, finala vəsiqə əldə edib - 1:2. Hesabı 27-ci dəqiqədə Nikolas Kanales açıb. 10 dəqiqə sonra Arif Daşdəmirov bərabərliyi təmin edib. 56-cı dəqiqədə Baçana Tsxadadze "İnter"in qələbə qolunu vurub.



Azərbaycan Kuboku


Yarımfinal


Cavab oyunları



21 aprel


Simurq - Qarabağ 0:0




İnter - Neftçi 2:1


Qol: Arif Daşdəmirov, 37. Baçana Tsxadadze, 56 - Nikolas Kanales, 27.


Mənbə
ANS PRESS