İdman

Finalın adı bəlli oldu

Metbuat.az

Voleybol üzrə Azərbaycan Super Liqasında qadınların mübarizəsində finalın ikinci iştirakçısınınadı bəlli olub.



ANS PRESS-in məlumatına görə, pley-off mərhələsində sonuncu yarımfinal oyunu keçirilib.



Voleybol Mərkəzində baş tutan görüşdə "Azəryol" və "Lokomotiv" növbəti finalçının adını müəyyənləşdiriblər. Əvvəlki iki qarşılaşmada tərəflər hərəyə bir qələbə qazandığından üçüncü oyun həlledici olub.



Daha üstün mübarizə aparan "dəmiryolçular" qızıl medal uğrunda yarışmaq hüququ qazanıblar. "Azəryol" isə üçüncü yer uğrunda "Azərreyl"ə qarşı mübarizə aparacaq.



Qeyd edək ki, finalda "Lokomotiv"in rəqibi "Rabitə"di. Zoran Qayiçin yetirmələri yarımfinalda "Azərreyl"i iki görüşdə məğlub edib.



Super Liqa


Pley-off (yarımfinal)


Cavab oyunu



8 aprel


Azəryol - Lokomotiv 1:3 (17:25, 25:18, 12:25, 16:25)


Mənbə
ANS PRESS