FİFA prezidentindən Putinə minnətdarlıq
"Rusiyanın dünya çempionatına hazırlıqlarını qürur hissi ilə izləyirəm".
ANS PRESS-ə verdiyi məlumata görə, bu sözləri FİFA prezidenti Jozef Blatter 2018-ci ildə keçirilməsi nəzərdə tutulan futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Rusiyada görülən işlərdən bəhs edərkən deyib:
"Mən artıq 40 ildi FİFA-ya başçılıq edirəm. Növbəti çempionat artıq mənim rəhbərliyim altında keçirilən 10-cu mundial olacaq. Hiss edirəm ki, yubileyi mükəmməl təşkilatçılıqla qeyd edə biləcəyəm. Rusiyada hazırlıqlarla əsl peşəkarlar, işgüzar komanda məşğul olur. Düzdü, indi bütün dünyada maliyyə baxımından problem yaşanır, iqtisadi çətinliklər futboldan da yan keçmir. Amma mən inanıram ki, getdikcə vəziyyət düzələcək. Dünya çempionatına hazırlıqlar plan üzrə gedir və heç bir problemin bizə əngəl ola bilməyəcəyini əminlikliklə deyə bilərəm. Buna görə biz Rusiya prezidenti Vladimir Putinə minnətdarlığımızı ifadə etməliyik. Kimsə bizdən Rusiyanın mundiala ev sahibliyindən məhrum edilməsini tələb edəndə bizim buna bir cavabımız olur: FİFA heç bir siyasi proseslərə qarışmır, biz siyasətlə yox, futbolla məşğuluq".
Xatırladaq ki, DÇ 2018 Rusiyanın 11 şəhərində keçiriləcək. Bu şəhərlər sırasına Volqoqrad, Sankt-Peterburq, Soçi, Saransk, Samara, Rostov, Nijniy-Novqorod, Moskva, Kazan, Kalininqrad, Yekatrinburq daxildi.
MənbəANS PRESS