İdman
"Fənərbaxça"nın avtobusuna silahlı hücum: sürücü ağır yaralandı
Türkiyənin "Fənərbaxça" komandasının avtobusuna silahlı hücum edilib.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, axşam saatlarında Rizə şəhərindən Trabzona gedən klubun avtobusuna naməlum şəxslər tərəfindən atəş açılıb. Nəticədə avtobusun sürücüsü ağır yaralanıb.
Yaralı sürücü polis köməyi ilə ən yaxın xəstəxanaya çatdırılıb. Futbolçular zirehli maşınlarla hava limanına aparılıb.