İdman

"Fənərbaxça" liderliyə yüksəldi (VİDEO)

Metbuat.az

Türkiyə superliqasında 27-ci tura yekun vurulub.



ANS PRESS-in məlumatına görə, son oyun günündə daha iki qarşılaşma keçirilib.



Doğma azarkeşləri önündə "Bursaspor"la qarşılaşan "Fənərbaxça" rəqibini minimal hesabla məğlub edib. Oyunun 84-cü dəqiqəsində Vebonun vurduğu qol "Fənərbaxça"nı liderliyə yüksəldib. Oyunda "Bursaspor"un vurduğu qol hesaba alınmayıb.Hakimin bu şübhəli qərarı "Bursaspor"un təcrübəli çalışdırıcısı Şenol Günəşi özündən çıxarıb.



Digər oyunda "Mersin" evdə "Akhisar"la üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib. Matçın son saniyələrində qapısında top görən "Mersin" qələbəni əldən verib.



20 aprel



Türkiyə superliqası, 27-ci tur



"Fənərbaxça" - "Bursaspor" - 1:0


Qol: Vebo, 84 (1:0)



"Mersin" - "Akhisar" - 1:1


Qollar: Vederson, 55-pen (1:0), Kisa, 90+5 (1:1)



Mənbə
ANS PRESS