İdman

"Fənərbaxça" heyətini gücləndirir

Metbuat.az

“Fənərbaxça” gələcək mövsüm daha güclü heyətə sahib olmaq niyyətindədi. Apasport.az saytının məlumatına görə, İstanbul klubu “Barselona”da forma geyinən Duqlas Pereyra dos Santosu rənglərinə qatmaq istəyir.

2014-cü ilin avqustunda “San Paolo”dan Kataloniyaya gələn braziliyalı müdafiəçi komandanın ehtiyat skamyasında daha çox vaxt keçirib. O zaman transfer “Barselona”ya 4 milyon avroya başa gəlib.

Qeyd edək ki, İspaniya mediasında “sarı-lacivərdlilər”in Duqlasla maraqlanması ilə bağlı xəbərlərə geniş yer verilib.