İdman

"Fənərbağça" oyunlara çıxacaqmı? - Rəsmi açıqlama

Metbuat.az

“Fənərbağça”ya silahlı hücumdan sonra komandanın Türkiyə Superliqasındakı növbəti qarşılaşmalara çıxıb-çıxmayacağına aydınlıq gətirilib. Milli.Az

apasport.az

-a istinadən xəbər verir ki, klub sözügedən məsələ ilə bağlı iclas keçirilib.



Həmin toplantıda “sarı-lacivərdlilər”in bundan sonrakı çempionat və kubok oyunlarında iştirakına qərar verilib. Yazılı qərarda 4 aprel tarixində baş verən olayların “Fənərbağça”ya və onu sevənlərə yönəlik sui-qəsd olduğu xüsusi vurğulanıb.



Xatırladaq ki, aprelin 4-də axşam “Rizəspor”la oyundan sonra İstanbula qayıtmaq üçün Trabzon şəhərinin hava limanına yola düşən “Fənərbağça”nın avtobusu Trabzon vilayəti ərazisində atəşə tutulub. Naməlum şəxs ov tüfəngindən avtobusun sürücüsünə atəş açaraq qaçıb. Nəticədə sürücü yaralanıb.



Məhz bu hadisədən sonra Türkiyə Futbol Federasiyası Superliqa və ölkə kubokunda keçirilməsi planlaşdırılan oyunları təxirə salıb. “Fənərbağça” rəhbərliyi isə bu məsələdə əli olanların məsuliyyətə cəlb olunmayacaqları təqdirdə, bütün oyunlardan imtina edəcəyini bildirilib. Lakin son qərar bu açıqlamanı qüvvədən saldı.



Milli.Az