İdman
"Fənərbağça"da ağır itki
"Fənərbaxça"nın yarımmüdafiəçisi Miloş Krasiçin ayağı qırılıb.
Milli.Az ansperss-ə istinadən bildirir ki, o, mövsümün sonuna qədər komandasına kömək edə bilməyəcək.
Serb futbolçu məşq zamanı sıradan çıxıb. Müayinə nəticəsində 30 yaşlı legionerin ayağında sınıq aşkarlanıb. Bərpa prosesi 2-3 ay davam edəcək.
Krasiç cari mövsümdə bir dəfə də olsun meydana çıxmayıb. O, klubun əvəzedici heyətində forma geyir.
Milli.Az