İdman
Falkao Fransaya qayıdır
"Mançester Yunayted"də icarə əsasında çıxış edən Radamel Falkao mövsümün sonunda Fransaya qayıdacaq.
Metbuat.az "Express"ə istinadən xəbər verir ki, hücumçunun meneceri Jorje Mendeş müştərisinin "Monako"ya qayıdacağını açıqlayıb.
Cari mövsümdə 22 matçda meydana çıxan kolumbiyalının aktivində 4 qol, 4 məhsuldar ötürmə var.
"Liverpul" Falkao ilə yaxından maraqlanır.