İdman

Eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri” keçiriləcək

Metbuat.az

Bakı, 14 aprel,

AZƏRTAC

AFFA-nın və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə aprelin 14-dən 16-dək eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri” keçiriləcək.


AZƏRTAC

xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman kompleksində təşkil olunacaq yarışda “Şimşək”, “Birlik”, “Zirvə” və “Ümid” komandaları mübarizə aparacaq.