İdman
Dortmund "Borussiya"sı 120 dəqiqənin sonunda yarımfinalçı oldu - VİDEO
Almaniya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
Metbuat.az-ın xəbərinə görə, Dortmund “Borussiya”sı “Hoffenhaym”ı qəbul edib. Ev sahibləri oyunun favoriti hesab olunurdular.
Lakin gözlənilənin əksinə, görüş gərgin mübarizə şəraitində keçib. İlk qol Dortmund klubundan gəlsə də, “Hoffenhaym” fasiləyə 2:1 hesabı ilə öndə yollanıb. 57-ci dəqiqədə Obameyanq status-kvonu bərpa edib və qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. 108-ci dəqiqədə fərqlənən Sebastyan Kel “Borussiya”nı yarımfinala daşıyıb.
“Borussiya” (Dortmund) – “Hoffenhaym” – 3:2 (əlavə vaxt)
Qollar: Subotiç, 19, Obameyanq, 57, Kel, 108 – Folland, 21, Firmino, 28