İdman

Doqquz hollandiyalı üzgüçü “Bakı-2015” Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb

Metbuat.az

Bakı, 10 aprel,

AZƏRTAC

Hollandiyalı doqquz üzgüçü bu ölkənin milli çempionatında uğurlu çıxış edərək “Bakı-2015” Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb.


Marrit Steenbergen 50 metr, 100 metr və 200 metr sərbəst, eləcə də 50 metr arxa üstə və 200 metr kompleks növündə fərqlənib. O, Hollandiyanın Eyndhoven şəhərində keçirilən üzgüçülük kubokunda yüksək pillədə yer alıb.


AZƏRTAC

xəbər verir ki, 200 metr sərbəst növdə yarışlarda hollandiyali üzgüçülər - Frederik Yanssen, Laura van Engelen və Marieke Tienstra – “Bakı-2015” Avropa Oyunlarının bu idman növündə təyin etdiyi zaman limitinə riayət ediblər.


F.Yanssen, həmçinin üzgüçülüyün 50 və 100 metr sərbəst növündəki yarışlar üçün kvota yeri əldə edib. M.Tienstra yarışlarda fərqlənərək Hollandiya üçün üzgüçülüyün 200 metr batterflay və 200 metr kompleks növündə kvota yeri qazanıb.


İris Tjonk üzgüçülüyün batterflay növündə 50, 100 və 200 metrlərdə Hollandiya üçün kvota yeri qazanıb.


“Bakı-2015” Avropa Oyunlarında kvota yeri əldə etmiş doqquz niderlandlı üzgüçünün namizədliyi Hollandiya Milli Olimpiya Komitəsi tərəfindən bir daha nəzərdən keçiriləcək. Avropa Oyunlarında iştirak edəcək üzgüçülük üzrə milli komandanın tam heyəti ilə bağlı son qərarı Hollandiya Milli Olimpiya Komitəsi verəcək.