İdman

​Daniel Lukas: "Avropa Oyunları özümü göstərmək üçün şansdır"

Metbuat.az

Halqalarla yarışda medal qazanmağı ümid edən gimnast bunun üçün gərgin məşq etdiyini bildirib. Yaxın gələcək planlarından danışan Lukas hədəfinin çox sayda yarışlarda uğurla çıxış edərək, ad qazanmaqdan ibarət olduğunu söyləyib.


Kişi gimnast karyerasını bitirdikdən sonra hansı işlə məşğul olacağını da açıqlayıb: "Həmişə aktyor olmağı arzulamışam. Lakin əsl arzum veterinar olmaqdır, çünki heyvanları çox sevirəm. Aktyor və ya veterinar olsam, bu möhtəşəm olacaq".