İdman

Çingiz Hüseynzadə: "İslam Oyunlarının Azərbaycan üçün böyük əhəmiyyəti var"

Metbuat.az

Bakı. 7 aprel. REPORT.AZ/ "Bu gün böyük bir tədbir həyata keçirilir. Bu bizim üçün çox fərəhli bir gündür". "Report"un məlumatına görə, bu sözləri Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi ilə bağlı bu gün keçirilən müqavilənin imzalanması mərasimində

Milli Olimpiya Komitəsi

nin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.


Azərbaycanın bütün İslam Oyunlarında iştirakını qonaqların diqqətinə çatdıran Ç.Hüseynzadə yarışlarda hər kəsə uğurlar arzulayıb: "Azərbaycan bütün İslam Oyunlarında fəal iştirak etmiş və böyük nəticələr qazanmışdır. Bu oyunların Azərbaycan üçün böyük əhəmiyyti var".


Vitse-prezident idman yarışlarında hansı idman növlərinin olacağını və tarixini açıqlayıb: "Yarış may ayında keçiriləcək. Amma dəqiq vaxtını müəyyənləşdirmək Ramazan ay ilə əlaqədardır. Bu səbəbdən biz Ramazandan əvvəl keçirməyi qərara almışıq. Təxminən 19-20 idman növü olacaq. Ancaq I Avropa Oyunlarında olmayan növlər də olacaq ki, buna ağırlıqqaldırmanı misal göstərmək olar. Bu oyunlarda milli idman növü olan zorxananın da təqdimatınıkeçirəcəyik".