İdman
ANS PRESS
Çingiz Abdullayev: "Neftçi"də hələ vəzifə bölgüsü olmayıb"
Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən "Neftçi" - "Bakı" (2:0) matçından sonra "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev öz fikirlərini bölüşüb. ANS PRESS-in məlumatına görə, "Neftçi"də hələ vəzifə bölgüsü olmayıb.
"Yaxın günlərdə bir toplantı keçirərək hər bir üzvün vəzifəsi müəyyən olunacaq. Bizim məqsədimiz odur ki, komandanı toparlaya bilək və məzmunlu oyun sərgiləməklə azarkeşləri yenidən stadionlara qaytaraq",- deyə Abdullayev bildirib.
Dünən rəhbər dəyişikliyinə gedən "Neftçi" autsayder "Bakı"nı qəbul edib. Hesabı 42-ci dəqiqədə Nikolas Kanales açıb. 65-ci dəqiqədə isə Julius Vobay fərqlənib. Bununla da "Neftçi" 2:0 hesablı qələbə qazanıb.
MənbəANS PRESS