İdman

Çimərlik futbolu üzrə Azərbaycan millisinin Bakıda təlim-məşq toplanışı olacaq

Metbuat.az

Bakı, 10 aprel,

AZƏRTAC

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası aprelin 21-dən mayın 1-dək AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da fiziki hazırlıq üzrə təlim-məşq toplanışında olacaq.


AZƏRTAC

xəbər verir ki, toplanışa Zeynal Zeynalov, Orxan Məmmədov, Vaqif Şirinbəyov, Elçin Qasımov, Hikmət Bağırov, Emin Kürdov, Asif Zeynalov, Davud Kərimi, Elvin Quliyev, Amid Nəzərov, Renat Sultanov, Comərd Baxşəliyev, Sabir Allahquliyev, Ramil Əliyev, Namiq İsgəndərov, Vüsal İsmayılov və Rüfət Məmmədov dəvət olunublar.