İdman
ANS PRESS
Çimərlik futbolçularımız məşqə başlayır
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası məşqlərə başlayır.
ANS PRESS-in məlumatına görə, bu gündən mayın 1-dək AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da fiziki hazırlıq üzrə təlim-məşq toplanışında olacaq.
Toplanışa Zeynal Zeynalov, Orxan Məmmədov, Vaqif Şirinbəyov, Elçin Qasımov, Hikmət Bağırov, Emin Kürdov, Asif Zeynalov, Davud Kərimi, Elvin Quliyev, Amid Nəzərov, Renat Sultanov, Comərd Baxşəliyev, Sabir Allahquliyev, Ramil Əliyev, Namiq İsgəndərov, Vüsal İsmayılov və Rüfət Məmmədov dəvət olunublar.
MənbəANS PRESS