Çıçaqlanan məşqçidən yeni xəbər
“Avropa” otelindəki dava zamanı bıçaqlanan məşqçi Ruslan Əfəndiyev müalicə aldığı klinikadan evə buraxılıb.
Qarışıq döyüş növləri üzrə məşqçinin müalicə aldığı “City Hospital”dan virtualaz.org saytına verilən məlumata görə, Əfəndiyev bu gün səhər klinikadan çıxıb. Məşqçi xəstəxanadan yaxınları tərəfindən çıxarılıb.
Klinikadan o da bildirilib ki, Əfəndiyevin vəziyyəti yaxşı olub və onun həyatı üçün təhlükə yoxdu.
Qeyd edək ki, ötən axşam saat Nəsimi rayonunda yerləşən "Avropa" otelində Azərbaycan MMA (qarışıq döyüş növləri) üzrə komandanın məşqçisi, tanınmış idmançı Ruslan Əfəndiyev "Zaminbank"ın Nəsimi rayon filialının müdiri olan Azər Məmmədzadə bıçaqlanıb. Onlar otelin idman zalında məşq edən zaman bir nəfərlə Ruslan Əfəndiyev arasında mübahisə yaranıb. Mübahisə zamanı həmin şəxs bıçaqla Azərə ürək nahiyəsindən, Ruslana isə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib. "Zaminbank"ın əməkdaşı hadisə yerində dünyasını dəyişib. Əfəndiyev isə özəl klinikalardan birinə çatdırılıb.
Fanat.az