İdman

Çempionumuz qələbə sevincini belə ifadə etdi

Metbuat.az

Azərbaycan atleti Valentin Xristov aprelin 12-də Tbilisidə ağırlıqqaldırma üzrə Avropa çempionatında uğurla çıxış edərək 62 kiloqram çəki dərəcəsində çempion olub.



V.Xristov qələbə sevincini AZƏRTAC-a bölüşüb: “Avropa çempionu olmaq mənim çoxdankı arzum idi. Bu gün Azərbaycan bayrağını qaldırmaqla mən bu arzuma çatdım. Lakin işimiz bununla yekunlaşmır. Bizi qarşıda daha böyük və çətin sınaq gözləyir. Təqribən 6 aydan sonra Hyustonda ağırlıqqaldırma üzrə dünya çempionatı keçiriləcək. İndi əsas məqsədimiz həmin çempionatda uğurla çıxış edərək, dünya çempionu adını qazanmaqdır. İnanıram ki, biz buna da nail olacağıq”.



Avropa çempionu məşqçilərinə və onu dəstəkləyən hər bir şəxsə minnətdarlığını bildirib.

Mənbə
ANS PRESS