İdman

Çempionlar liqasının 1/4 final oyunları keçirilib

Metbuat.az

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Çempionlar liqasının 1/4 final oyunları çərçivəsində ilk 2 oyun keçirilmişdir.

"Visente Kalderon"-da Madridin "Real" və "Atletiko" komandaları görüşüb. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Turində "Yuventus" oyunda Arturo Vidalın 57-ci dəqiqədə vurduğu yeganə qolla "Monako"-ya qalib gəlib.

Qeyd edək ki, komandalar arasında cavab oyunları aprelin 22-si keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az