İdman

Çempionlar Liqasında rekord təkrarlandı

Metbuat.az

İspaniyanın “Real” klubunun qapıçısı

İker Kasilyas

Çempionlar Liqasının rekordunu təkrarlayıb. Milli.Az

apasport.az

-a istinadən xəbər verir ki, yarımfinal mərhələsinin “Atletiko” ilə Madrid derbisində (0:0) qol buraxmayan ispan 51-ci dəfə meydanı qol buraxmadan tərk edib.



Bununla da İker hollandiyalı

Edvin van der Sar

ın nailiyyətini təkrarlayıb. Hollandiya “Ayaks”ı və İngiltərə “Mançester Yunayted”ində çıxış etmiş van der Sar karyerasını bitirib. Bu üzdən də van der Sar 51-ə bərabər rekordunu yeniləmək imkanından məhrumdur. Kasilyas isə mütləq rekorda imza ata bilər.



Qeyd edək ki, İker həm də Çempionlar Liqasında ən çox oyun keçirən futbolçudur. Onun hesabında 147 oyun var.



Milli.Az