İdman

Çempionlar Liqasına 20-ci vəsiqə

Metbuat.az
Çempionlar Liqasının 2015/16 mövsümünün 20-ci iştirakçısı müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Şimali İrlandiya çempionu titulunu təmin edən “Kruzaders”ə qədər 19 klub qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanmışdı.
 
Sonuncu dəfə 1997-ci ildə çempion tituluna yiyələnən bu komanda isə 18 illik həsrətə son qoyub. 5-ci dəfə çempion olan “Kruzaders” Çempionlar Liqasına I təsnifat mərhələsindən başlayacaq.
  
Qeyd edək ki, Azərbaycan çempionu II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
  
Çempionlar Liqasının 2015/16 mövsümünün iştirakçıları
Qrup mərhələsi: “Bavariya” (Almaniya), “Olimpiakos” (Yunsnıatan), PSV (Hollandiya)
 
II təsnifat mərhələsi: BATE (Belarus), “Molde” (Norveç), HİK (Finladniya), “Malmö” (İsveç), “Ventspils” (Latviya), “Jalgiris” (Litva), “Astana” (Qazaxıstan), “Styarnan” (islandiya), “Dandalk” (İrlandiya), “Hibernians” (Malta)
 
I təsnifat mərhələsi: TNS (Uels), “Kruzadesr” (Şimali İrlandiya), “Levadiya” (Estoniya), B-36 (Farer adaları)
Qrup mərhələsi və ya təsnifat mərhələsində oynayacağı dəqiqləşməyənlər: “Volfsburq” (Almaniya), “Benfika”, “Porto” (hər ikisi Portuqaliya)

Milli.Az