İdman

Çempionlar Liqası: "Yuventus" qalib gəldi, Madrid cavab gözləyir

Metbuat.az

Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına start verilib.



Qol.az

-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.



"Yuventus" doğma meydanda "Monako"nu qəbul edib. Turin təmsilçisi bu görüşün favoriti hesab olunsa da, 1/8 finalda "Arsenal"ı mübarizədən kənarlaşdıran Fransa təmsilçisinin rəqibinə ciddi müqavimət göstərəcəyi gözlənilirdi. Görüş “Yuventus”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.



Ötən ilin finalçıları - "Real" və "Atletiko" bu dəfə 1/4 finalda qarşılaşıblar. Oyunda qapılara qol vurulmayıb.



Qeyd edək ki, 1/4 finalın daha iki qarşılaşması bu gün keçiriləcək.



14 aprel

Çempionlar Liqası, 1/4 finalın ilk oyunları

23:45. "Yuventus" (İtaliya) - "Monako" (Fransa) - 1:0

Qol: Arturo Vidal, 57-pen. (1:0)



23:45. "Atletiko" (Madrid, İspaniya) - "Real" (Madrid, İspaniya) - 0:0

15 aprel

23:45. "Portu" (Portuqaliya) - "Bavariya" (Almaniya)



23:45. PSJ (Fransa) - "Barselona" (İspaniya)



Milli.Az