İdman

Çempionlar Liqası: Yarımfinalda sürpriz

Metbuat.az

Çempionlar Liqasında 1/4 finalın cavab oyunları keçirilir.



Qol.az

-ın məlumatına görə, ilk iki yarımfinalçının adı bəlli olub.



Səfərdə PSJ-ni məğlub edən "Barselona" rəqibini doğma azarkeşləri önündə qəbul edib. Paris təmsilçisi yarımfinala adlamaq üçün rəqibinə ən azı 3 cavabsız qol vurmalı idi.  Lakin “Barselona” buna imkan verməyib. Kataloniyalılar

Neymar

ın dublu sayəsində yarımfinla vəsiqə qazanıblar.



Digər oyunda "Bavariya" evdə "Portu"nu sınağa çəkib. Səfərdə gözlənilmədən rəqibinə 1:3 hesabı ilə uduzan Münhen təmsilçisi həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb – 6:1. Beləliklə

Pep Qvardiola

nın komandası da yarımfinala yüksəlib.



Qeyd edək ki, digər iki yarımfinalçı bu gün keçiriləcək iki oyundan sonra müəyyənləşəcək.



21 aprel

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

23:45. "Barselona" (İspaniya) - PSJ (Fransa) - 2:0

(İlk oyun - 3:1)


Qollar:  Neymar, 14, 34



23:45. "Bavariya" (Almaniya) - "Portu" (Portuqaliya) - 6:1

(İlk oyun - 1:3)


Qollar: Alkantara, 14 (1:0), Boatenq, 22 (2:0), Levandovski, 27 (3:0), Müller, 36 (4:0), Levandovski, 40 (5:0), Martnez, 73 (5:1), Alonso, 88 (6:1)



22 aprel

"Monako" (Fransa) - "Yuventus" (İtaliya)

(İlk oyun - 0:1)



"Real" (Madrid, İspaniya) - "Atletiko" (Madrid, İspaniya)

(İlk oyun - 0:0)



Milli.Az