İdman

Çempionlar Liqası: yarımfinala doğru

Metbuat.az

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək.



Qol.az

-ın məlumatına görə, baş tutacaq 2 qarşılaşmadan sonra ilk iki yarımfinalçı müəyyənləşəcək.



Səfərdə PSJ-ni məğlub edən "Barselona" rəqibini doğma azarkeşləri önündə qəbul edəcək. Paris təmsilçisi yarımfinala adlamaq üçün rəqibinə ən azı 3 cavabsız qol vurmalıdır. Əks təqdirdə PSJ 1/4 finalda mübarizəni dayandıracaq.



Digər oyunda "Bavariya" evdə "Portu"nu sınağa çəkəcək. Səfərdə gözlənilmədən rəqibinə 1:3 hesabı ilə uduzan Münhen təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.



Qeyd edək ki, digər iki yarımfinalçı sabah keçiriləcək iki oyundan sonra müəyyənləşəcək.



21 aprel

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

23:45. "Barselona" (İspaniya) - PSJ (Fransa)

(İlk oyun - 3:1)



23:45. "Bavariya" (Almaniya) - "Portu" (Portuqaliya)

(İlk oyun - 1:3)



22 aprel

"Monako" (Fransa) - "Yuventus" (İtaliya)

(İlk oyun - 0:1)



"Real" (Madrid, İspaniya) - "Atletiko" (Madrid, İspaniya)

(İlk oyun - 0:0)



Milli.Az