İdman

"Çelsi" bu xəbərlə sarsıldı

Metbuat.az

İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində "Stok Siti" ilə oynanılan görüşdə zədələnən Dieqo Kosta qeyri-müəyyən müddətə sıradan çıxıb.

Daha öncə ispan futbolçunun "zadəganlar"ın "Kvins Park" və "Mançester Yunayted"lə oynayacağı matçlarda meydana çıxmayacağı açıqlanmışdı. Ancaq deyəsən, vəziyyət gözləniləndən pisdi. Metbuat.az ESPN-ə istinadən xəbər verir ki, Kostanın "Arsenal"la görüşdə oynaması sual altındadı.

"Arsenal"la oyun "Çelsi" üçün böyük əhəmiyyət daşıyır. Sözügedən klublar hazırda Premyer Liqanın ilk iki pilləsində qərarlaşıblar.