İdman

Cavidin komandasında yeni baş məşqçi

Metbuat.az

 Türkiyə PTT I liqasında mübarizə aparan "Elazığspor"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Fanat.az xəbər verir ki, Ümit Özatın istefa verməsindən sonra baş məşqçi postu Bayram Bektaşa həvalə olunub. 


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Beşiktaş"ın sabiq futbolçusu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.


Qeyd edək ki, icarə əsasında "Elazığspor"da çıxış edən "Neftçi"nin futbolçusu Cavid İmamverdiyev sabiq baş məşqçi Ümit Özatın təqdimatı ilə əsas komandadan uzaqlaşdırılmışdı.


Fanat.az