İdman

Branimir Subaşiç yenidən Azərbaycanda!

Metbuat.az

Branimir Subaşiç yenidən Azərbaycana qayıdır.



ANS PRESS-in məlumatına görə, milliləşdirilmiş serb futbolçu 2015/16 mövsümündə yenidən Topaz Premyer Liqasında çıхış edəcək.



"Manisaspor"da 5 aydı maaş ala bilməyən Subaşiç artıq türk klubundan ayrılmaq qərarına gəlib. Serb forvardla Azərbaycan klublarından maraqlananlar var. Mövsüm bitən kimi Türkiyədən ayrılacaq Branimir klublarımızdan biri ilə müqavilə imzalayacaq.



Qeyd edək ki, Subaşiç yaydan çıхış etdiyi "Manisaspor"da 33 oyun keçirib və 5 qol vurub. Milli komandamızda 40 oyun keçirib 7 qol vuran 33 yaşlı forvard ölkəmizdə "Neftçi", "Qəbələ", "Xəzər Lənkəran" və "Qarabağın formasını geyinib.

Mənbə
ANS PRESS