İdman

"Böyük oyun"un hakimləri müəyyənləşib

Metbuat.az

Daha bir beynəlxalq dərəcəli hakim Rəhim Həsənov lider "Qarabağ"ın AZAL-la görüşünü idarə edəcək. 4-cü pillənin taleyini böyük ölçüdə həll edəcək "Qəbələ" - "Simurq" matçı isə Elvin Əsgərova tapşırılıb. Bu iki oyunda 6 hakimin xidmətindən istifadə ediləcək. Nəhayət, Autsayderlər "Sumqayıt"la "Bakı" arasındakı qarşılaşmada isə Ramil Diniyev fit sahibi olacaq. 


9 aprel (cümə axşamı)
17:00.

 

“Xəzər Lənkəran” – “Neftçi” (Bakı)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov


“Xəzər Lənkəran” mərkəzi stadionu


17:00. “Qarabağ” (Ağdam) – AZAL (Bakı)

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rəvan Həmzəzadə, Rza Məmmədov


Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Etibar Həsənov


Bakı, “Bakcell Arena”



17:00. “Sumqayıt” – “Bakı”

Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev


Sumqayıt, “Kapital Bank Arena”


19:00. “Qəbələ” – “Simurq” (Zaqatala)

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev


Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, İnqilab Məmmədov


Qəbələ şəhər stadionu.