İdman

Boks üzrə “Böyük İpək Yolu” turnirinin ikinci günü gərgin idman mübarizəsi şəraitində keçib

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

Boks üzrə “Böyük İpək Yolu” turnirinin ikinci günündə maraqlı qarşılaşmalar qeydə alınıb.


AZƏRTAC

xəbər verir ki, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına test xarakteri daşıyan turnirin ikinci günündə 5 görüş keçirilib.


Təkbətək görüşlərdə Azərbaycan boksçuları Cavid Dadaşov (49 kq), Kənan Hüseynəliyev (56 kq), Tayfur Əliyev (56 kq) və Roman Zakirov (69 kq) qələbə qazanıblar. Rusiyalı boksçu Bator Saqaluyev (49 kq) də günü qələbə ilə başa vurub.