İdman

Birinci Avropa Oyunlarının bilet satışına start verilib

Metbuat.az

Bakı, 3 aprel, Səxavət Quliyev,

AZƏRTAC

Aprelin 3-də birinci Avropa Oyunlarının bilet satışına start verilib.


AZƏRTAC

xəbər verir ki, bu münasibətlə Park Bulvarda tədbir keçirilib.


Tədbirdə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin bilet satışı üzrə şöbəsinin müdiri Miryam Boqotay bildirib ki, hazırda Bakıda 8 məntəqədə bilet satışı başlayıb. Oyun gününədək daha 4 məntəqədə bilet satışına start veriləcək. Oyun vaxtı idman obyektlərində də bilet satışı təşkil olunacaq.


Tədbirdə iştirak edən “Bakı-2015”in ulduz elçiləri paytaxt sakinlərini bilet almağa çağırıblar və özlərinin təmsil edəcəyi idman növləri barədə məlumat veriblər.