Birinci Avropa Oyunlarında yarışların operativ işıqlandırılması üçün mediaya yüksək səviyyəli şərait yaradılacaq
Bakı, 8 aprel,
AZƏRTAC“Bakı 2015” birinci Avropa Oyunlarının Əməliyyat Komitəsində bu mötəbər yarış çərçivəsində media və informasiya sahəsində görüləcək işlərlə bağlı görüş keçirilib.
AZƏRTAC
xəbər verir ki, görüşdə Əməliyyat Komitəsinin mətbuat məlumatları meneceri Mari İrvin, mətbuat əməliyyatları rəhbəri Loreyn Rolston, yarış zalının mətbuat əməliyyatları meneceri Dusan Zivkoviç və mətbuat əməliyyatları mütəxəssisi Pirim Pirimov, həmçinin Azərbaycan Milli Karate Federasiyasının informasiya və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov iştirak ediblər.
Əməliyyat Komitəsinin nümayəndələri Avropa Oyunlarının ilk günlərində keçirilən karate yarışlarında informasiya ötürülməsi, idman jurnalistləri və mətbuat xidməti nümayəndələrinin fəaliyyət hüquqları, eləcə də onların sərbəst çalışmaları üçün yaradılacaq yüksək səviyyəli şəraitlə bağlı ətraflı məlumat veriblər.