İdman

Biletlər satışa çıxarıldı

Metbuat.az

Bu gün I Avropa Oyunlarının bilet satışına start verilib.



ANS PRESS-in məlumatına görə, bunu “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin bilet satışı üzrə şöbəsinin müdiri Miryam Boqotay bildirib.



Bakıda 8 məntəqədə bilet satışı başlayıb. Oyun gününədək daha 4 məntəqədə bilet satışına start veriləcək. Oyun vaxtı idman obyektlərində də bilet satışı təşkil olunacaq.



Xatırladaq ki, Avropa oyunları iyun ayının 12-də başlayacaq. Bağlanış mərasimi isə iyunun 28-də olacaq.

Mənbə
ANS PRESS