İdman

​Berezutski: DÇ-2018-in finalında Azərbaycanla qarşılaşmaq yaxşı olardı

Metbuat.az

Bakı. 11 aprel. REPORT.AZ/ Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello yetirmələrinin Dünya Çempionatı – 2018-də iştirakı ilə bağlı məqsədlərini açıqlayıb.


“Report” “Çempionat”a istinadən xəbər verir ki, o yetirmələrinin əsas hədəfinin Rusiyada keçiriləcək 2018-ci il Dünya Çempionatının həlledici oyununa vəsiqə qazanmaq olduğunu diqqətə çatdırıb.


“Bizə əvvəlcə qrupdan çıxmaq lazımdır. Lakin, əlbəttə ki, final möhtəşəm hadisədir və onda iştirak etmək bizim hədəfimizdir”, - deyə italiyalı məşqçi bildirib.


Eyni zamanda Rusiya milli komandasının yarımmüdafiəçisi Vasili Berezutski zarafatlaşaraq finalda Azərbaycanla qarşılaşmaq istədiyini dilə gətirib.


“Əlbəttə, evdə keçiriləcək mündialın finalında oynamaq istərdim, rəqibin kimliyi o qədər də önəmli deyil. Lakin finalda, məsələn, Azərbaycanla qarşılaşmaq çox yaxşı olardı”, - deyə oyunçu qeyd edib.